“Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib” » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib”

“Azərbaycan həqiqətən də həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib”.

Dərc edilib: 13 fevral 2018 [18:57]
Baxış sayı: 2381

İnterpress.az xəbər verir ki, Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Ölkəmizdə həm qonşu, həm də uzaq xarici ölkə nümayəndələrinin iştirakı ilə mühüm beynəlxalq tədbirlərin keçirildiyini deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilməkdədir. Onun sözlərinə görə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə çoxmilyardlı investisiyalar qoyulub.

Azərbaycanın regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən prezident İlham Əliyev ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qarsdəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşındığını bildirib. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən dövlət başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin həyata keçiriləcəyini bildirib. Azərbaycanın neft-qaz sektorunun böyük perspektivlərə malik olduğunu və onun gələcək onilliklər üçün kifayət etdiyini deyən prezident İlham Əliyev bu sahədə də xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. O qeyd edib ki, bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 46