Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Meydan TV ermənilərlə sıx işləyir – FAKTLAR

Xaricdə fəaliyyət göstərərək Azərbaycanın haqqında qeyri-obyektiv və qərəzli materiallar yayan bir sıra təşkilatların, internet saytlarının, ayrı ayrı jurnalistlərin, müxalifət fəallarının fəaliyyətini istiqamətləndirən və maliyyələşdirən mənvələr haqqında çox danışılıb. Burada ABŞ-ın dövlət büdcəsindən maliyyələşən strukturların, Avropa İttifaqının, Corc Soros kimi rəngli inqilab ixracatçılarının və digərlərinin adları çəkilib. Lakin bütün bunlara rəğmən, bəzilərinin paralel olaraq erməni lobbisi, Ermənistan dövləti ilə əməkdaşlığına dair kifayət qədər faktlar ictimaiyyətin diqqətinə çatdırılıb.

Dərc edilib: 13 fevral 2018 [19:14]
Baxış sayı: 2752

İnterpress.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu günlərdə apardığımız araşdırma nəticəsində Emin Millinin rəhbərlik etdiyi Meydan TV-nin ermənilərlə yaxından əməkdaşlıq əlaqələri qurduğu və iş birliyi həyata keçirdiyinə dair yeni faktlar meydana çııb. Məlum olub ki, bu resurs özünün anti-Azərbaycan təbliğatını həm də erməni əsilli Anton Kamaryan adlı şəxslə birlikdə həyata keçirir.

Əldə etdiyimiz məlumata əsasən, A.Kamaryan erməni əslilli Gürcüstan vətəndaşıdır və hazırda Tbilisidə yaşayır. O, 2006-2010-cu illərdə Suxumi Dövlət Universitetinin "Riyaziyyat və Kompüter Elmləri” fakültəsində informasiya texnologiyaları ixtisası üzrə bakalavr, 2013-2018-ci illərdə isə magistr təhsili alıb. 2011-ci ildən müxtəlif şirkətlərdə veb-proqramçı olub. Hazırda Gürcüstanda "ForSet” təşkilatında veb-proqramçı vəzifəsində işləyir və paralel olaraq Meydan TV-nin layihələrində fəal şəkildə çalışır.
A.Kamaryan ardıcıl şəkildə Ermənistana səfərlər edir, internetdə onun bu ölkənin dövlət strukturları ilə yaxın təmaslarına dair faktlar kifayət qədərdir. Kamaryanın Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqələri vardır. Yerevanda hazırlanmış bir sıra materialların məhz onun vasitəsilə Meydan TV-yə ötürüldüyü və sonrakı mərhələdə sosial şəbəkələrdə fəal istifadə edildiyi şübhə doğurmur. Belə demək mümkündürsə A.Kamaryan hazırda Ermənistanın dövlət strukturları ilə Meydan TV arasında vasitəçi funksiyasını yerinə yertirir.

Digər araşdırmamız zamanı Meydan TV-nin erməni lobbisi ilə yaxın əlaqələrinə dair ciddi falktlar meydana çıxıb. Əminliklə demək olar ki, bu saytla yaxından əməkdaşlıq edən digər erməni əsilli şəxs onun erməni lobbisi ilə əlaqələrində vasitəçi rolunu oynayır, həm maliyyə, həm də sifarişləri çatdırır. Bu barədə bir az sonra ətraflı məlumat veriləcəkdir.

Meydan TV ermənilərlə sıx işləyir – FAKTLAR

Meydan TV ermənilərlə sıx işləyir – FAKTLAR

Meydan TV ermənilərlə sıx işləyir – FAKTLAR

Meydan TV ermənilərlə sıx işləyir – FAKTLAR


İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 312