Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Hadisə  

Metroda qadın qatarın altına yıxılıb

Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

Dərc edilib: 13 fevral 2018 [20:02]
Baxış sayı: 1089

İnterpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Həzi Aslanov-Dərnəgül stansiyası istiqamətində hərəkət edən 35 saylı qatar “İnşaatçı”lar stansiyasın daxil olarkən qadın relslərin üzərinə yıxılıb. O, qatarın altından çıxarılıb, xəsarət almayıb. Hazırda qadının kimliyi müəyyənləşdirilir.

Hadisənin iştirakçısı 45 yaşlı epilepsiya xəstəliyi olan qadındır. O, sudurğa keçirərək yıxılıb. Qatar sürəti azaltsa da, qadının bir qədər üstünə çıxıb.

Xoşbəxtlikdən qadın relslərin arasındakı boşluğa düşdüyü üçün xəsarət almayıb.

Əraziyə çağırılan təcili tibbi yardım xidməti həkimləri tərəfindən həmin şəxsə ilkin tibbi yardım göstərilib.

İnterpress.az












Oxşar xəbərlər

Müharibə başlasa, könüllü hərbi xidmətə gedərsinizmi?


Cəmi səslər: 88