Kürəkən maşınla qayınanasının üstündən keçdibackend

Kürəkən maşınla qayınanasının üstündən keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Əfsanə Əlizadə adlı qadın keçmiş həyat yoldaşından Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə şikayət edib. Qadın ərizəsində göstərib ki, keçmiş həyat yoldaşı Zahid Əliyev idarə etdiyi avtomobil ilə qəsdən anası, 1957-ci il təvəllüdlü Fərqanəni vurub.

Ağır bədən xəsarəti alan qadın 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Məlum olub ki, zərərçəkmişin bədəninin bir neçə yerində sınıq xəsarətləri var.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Z.Əliyev bölməyə çağırılaraq izahatı alınıb və qadını qəsdən vurduğunu etiraf edib.

İnterpress.az