“1000 məntəqədə veb-kamera quraşdırılacaq”backend

“1000 məntəqədə veb-kamera quraşdırılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, prezident seçkilərində səsvermə günü – aprelin 11-də heç bir maneə olmadan proseslər veb-kameralarla izləniləcək: “Həmin gün Mərkəzi Seçki Komissiyasının saytına daxil olanların sayı çox olduğu üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texniki dəstək verir”.

MSK sədri qeyd edib ki, prezidentliyə namizədliyi irəli sürülənlərə bərabər şərait yaradılacaq: “Tərəfləri Seçki Məcəlləsinin tələblərinə riayət etməyə dəvət edirik. Arzu edirik ki, müraciət edənlərin hamısı qeydə alınsın”.

İnterpress.az