Luka Volonte bəraət aldı – Muxalifət isə susur…backend

Luka Volonte bəraət aldı – Muxalifət isə susur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 13-də Avropanın tanınmış siyasətçilərindən olan Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı. Məlum olduğu kimi, O, Avropanın Azərbaycana qarşı 2 ildən çoxdur yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmişdi. AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunurdu.

Lakin İtaliyanın Milan məhkəməsi Anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə ölkəmizə qarşı bu qarayaxma kampaniyasını kökündən iflasa uğratdı.

Təəssüflər olsun ki, xaricdəki antiazərbaycan mərkəzləri və onların maraqlarına xidmət edən Azərbaycanın radikal muxalifəti bu son iki il ərzində bu kampaniya ətrafında sıx birləşdi və yalan informasiyaları beynəlxalq arenada tirajlamağa çalışdı. Bunlar azmış kimi, radikal muxalifətçilər az qala hər çıxışlarında, bəyanatlarında bu məsələni qabartdılar.

Bəs, muxalifətdən indi niyə səs çıxmır?

Mövzunu YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə ilə davam etdirdik:

A.Mirzəzadə bildirdi ki, xarici ölkənin məhkəməsi bu məsələdə Azərbaycana qarşı yönəlmiş ittihamları rəsmi şəkildə rədd etməsi xaricdəki antiazərbaycan dairələrinə böyük bir zərbə oldu:

\”Bu, onların fəaliyyətinə verilən bir qiymətdir. Bu məsələdə Azərbnaycan muxalifətinin səssizlik mövqeyi tamamilə anlaşılandır. Onlar bu gün Azərbaycanı ləkələyən, ölkə haqqında pis firkir yaradan hər bir addımı dəstəkləməyə hazırdır. Hələ indiyə qədər Azərbaycan muxalifəti ölkənin Dağlıq Qarabağ problemi ilə bağlı bir beynəlxalq təşkilata və ya bir hüquqi şəxsə müraciət etməyib. Heç bir xarici tədbirlər zamanı Dağlıq Qarabağ məsələsi qaldırılmayıb. İndiki məqamda sırf bu məsələyə görə, muxalifət Azərbaycan dövlətindən üzr istəsə ən düzgün addım atmış olar. Ancaq hazırda muxalifətdən belə bir centlmen addımı gözləməyə dəyməz. Bu gün oların xaricdəki antiazərbaycan mərkəzlərinin maraqlarını Azərbaycanda həyata keçirmək üçün fəaliyyət göstərdikləri heç kəs üçün sirr deyil\”.

Deputat qeyd etdi ki, bu gün həm xaricdəki antiazərbaycançılar, həm də Azərbaycanın radikal muxalifəti üçün çox kədərli bir gündür. Öz qurduqları oyun, özlərini pis vəziyyətə saldı. Eyni zamanda, Azərbaycan Prezidentin köməkçisi Əli Hsənovun məlum bəyanatı da bir daha onu göstərdi ki, Azərbaycan öz hüquqlarını qorumaq əzmindədir. Yəni Azərbaycana istiqamətlənən istənilən qarayaxma kampaniyasına qarşı hüquqi müstəvidə mübarizə aparılacaq:

\”Milan məhkəməsinin bu qərarı ilk növbədə Azəbaycanın beynəlxalq, sivil normalarla idarə edildiyini sübut elədi. Digər tərəfdən, Azərbaycanın Milan məhkəməsində ortaya qoyduğu arqumentləri nəzərə almamaq mümkün deyildi. Antiazərbaycan mərkəzlərinin, eyni zamanda, radikal muxalifətin bir üsulu var – onlar ittiham edirlər, amma arqument gətirməyə çətinlik çəkirlər. Fikirləşirlər ki, etdikləri böhtanlar kiminsə yaddaşında qalacaq. Ancaq bununla bir daha sübut olundu ki, Azərbaycanla bağlı həqiqətlər həmişə qalib gəlir. Məhz bunların nəticəsidir ki, bu gün radikal muxalifət prezident seçkilərində iştirak etmək istəmir – hansı üzlə, hansı proqramla, hansı vədlərlə? Bu son 5 il ərzində Azərbaycan üçün gördükləri hansı işlərlə Azərbaycan cəmiyyətinin qarşısına çıxmaq istəmirlər?

İnterpress.az