Dağlıq Qarabağ: 28 il sonra, Xocalı soyqırımı ətrafında çaşqın sükutbackend

Dağlıq Qarabağ: 28 il sonra, Xocalı soyqırımı ətrafında çaşqın sükut

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, hazırda \”Demokratlar və Müstəqillər İttifaqı\”nın müdafiə məsələləri üzrə milli katibidir) Fransa mediasında \”Dağlıq Qarabağ: 28 il sonra, Xocalı soyqırımı ətrafında çaşqın sükut\” başlıqlı yazı ilə çıxış edib.

Məqalədə müəllif qeyd edir: \”Sovet ordusunun o dövr ki, 366-cı Alayının da cəlb olunduğu, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən və tamamilə dağıdılan, 63 uşaq, 107 qadın daxil olmaqla 613 Azərbaycanlının 1992-ci il fevralın 25-dən 26-a keçən gecə qətlə yetirildiyi Xocalı faciəsindən 26 il keçir. Zamanın keçməsinə baxmayaraq, heç kim, xüsusilə Fransa, Avropa və dünya siyasi rəhbərləri Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ən qanlı epizodu olan bu faciəyə dair açıq və konkret heç nə söyləməyiblər. Xoşbəxtlikdən, bu sükut qarşısında hələ də mədəniyyət adamları və yazarlar – jurnalistlər, fotoqraflar, bəstəkar və rəssamlar qalıb ki, öz əsərləri vasitəsilə Xocalı soyqırımını tərənnüm ediblər. Bu ağrılı mövzuya laqeyd qalmayanların hər üçü Fransalıdır\”.

Müəllif onlara iki sadə sualla müraciət edir:

1. Nəyə görə Xocalı mövzusunu əsərlərinizin vektoru kimi seçdiniz?

2. Əsərlərinizlə dünyaya hansı mesajı çatdırmaq istəyirsiniz?

Müəllifin sualına cavab olaraq, fotoqraf-jurnalist olan Reza Deghati (Fotoqraf-jurnalist) 80-ci illərdə \”New York Times\” jurnalı üçün çalışdığını, 1987-ci ildə Azərbaycana səfər etdiyini, Bakıda baş verən \”Qanlı Yanvar\” hadisəsindən sonra Sovet İttifaqı, xüsusilə Azərbaycanda cərəyan edən hadisələri təqib etdiyini bildirir. \”Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistan və Rusiya ordusunun köməyi ilə Dağlıq Qarabağda müharibə başladı. 1992-ci il fevral ayının sonunda eşitdim ki, xəbər eşitdim ki, Azərbaycan şəhərində soyqırım törədilib və mən dərhal Parisdən Bakıya yola düşdüm. Bakıda mənim kimi Qarabağa getmək istəyən \”Sərhədsiz dünya həkimləri və əczaçıları\” Fransa humanitar təşkilatına qoşuldum və bu qrupla döyüşlərin getdiyi Ağdam şəhərinə yola düşdük. Biz ora çatanda çarəsiz insanlar tərəfindən qarşılandıq və onlar bizə Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə gün əvvəl törədilmiş faciə haqqında danışdılar. Daha yaxşı anlamaq üçün Ağdamın mərkəzindəki meydana getdik. Burada yüzlərlə insan, xüsusən də qadınlar və uşaqlar itkin düşmüş yaxınları barədə xəbər gözləyirdilər. Bunların əksəriyyəti Xocalı sakinləri idi. Onlar bizə fevralın 25-dən 26-a keçən gecənin dəhşətləri haqqında danışdılar. Ermənistan silahlı qüvvələri kəndləri, evləri mühasirəyə alıb evləri yandırmış və qaçanları qətlə yetirmişdi. Beynəlxalq Qırçızı Xaç Komitəsinin nümayəndələri orada idilər və Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən cəsədləri çıxartmağa çalışırdılar\” Bəzi cəsədlərdə yalnız bədənin hansısa hissəsi qalmışdı, onların gözlərini çıxartmışdılar. Bir neçə gün ərzində Ağdamın mərkəzi meydanında şahid ifadələri topladım, əzizlərindən xəbər gözləyən ailələrin şəkillərini çəkdim. Qırmızı Xaç komandası cəsədləri gətirərkən insanların öz doğmalarını axtarması səhnəsi ən təsirli şəkillərdir. Jurnalist-fotoqraf kimi mən daha çox bilmək istəyirdim, ona görə də azərbaycanlılarla ermənilər arasında əsir dəyişdirilməsi danışıqlarında iştirak etdim. Mən, həmçinin bu dəyiş-düyüş səhnəsinin şəkillərini çəkdim. Vəziyyəti daha yaxşı dərk etmək üçün Dağlıq Qarabağa geri döndüm, hazırda hələ də işğal altında olan Azərbaycanın Şuşa şəhərində oldum və ermənilər tərəfindən işğal edilmədən öncə oraların şəkilini çəkə bildim. Jurnalist-fotoqraf kimi reallığı insanlara göstərməyə çalışıram\”.

Pierre Thilloy (Bəstəkar) son 20 ildə musiqi və mədəniyyət hadisəli ilə əlaqədar dəfələrlə Azərbaycana səfər etdiyini, ölkəmizin onun ürəyində yer tutduğunu, Bakıya ilk səfərində iştirak etdiyi sərgidə Mstislav Rastropoviçin şəkilini gördüyünü, onun Azərbaycan olduğunu bilmədiyini qeyd edir və müharibə şəraitində, bir milyon qaçqını və 20 faiz torpaqlarının işğal edildiyi bir ölkəni kəşf etdiyini qeyd edir. \”və sonra mən Xocalı soyqırımdan agah oldum…Qərbdə tamamilə bilinməyən və məhəl qoyulmayan. Ardınca mən ictimaiyyətin diqqətini cəlb eləmək üçün faciə qurbanlarının xatirəsinə həsr etdiyim \”Xocalı 613\” adlanan əsərimi bəstələdim…Musiqi mənim üçün sülhün müqəddəs dilidir. Bunu ona görə yazdım ki, bu hadisədən və onun ətrafındakı səssizlikdən dərin şok keçirmişdim. Beləliklə, musiqi özü üçün danışır, qurbanlara hörmət bəsləyir, dəhşətli acıya şahidlik edir və tələb edir ki, qurbanları xatırlayacağımız işıq və həqiqət ictimaiyyətə açıqlansın. Arzu və ümid edirəm ki, bir gün bu iş dəhşətli faciəyə töhfə verən sülh və vasitəçiliyin simvolu olacaq\”.

Renaud Baltzinger (rəssam) 30 ildən artıq müddətdə əziyyət çəkən dünyadan silsilə rəsmlər çəkdiyini, hazırda soyqırımlarla maraqlandığını və bu xüsusda, Xocalı soyqırımının onda güclü əks-səda doğurduğunu qeyd edir. \”Xocalı, bizim ölkəmizdə, ABŞ-da və dünyada çox güclü olan Erməni diasporunu ittiham edəcək planlı şəkildə mətbuat və mediadan gizlədilmiş kütləvi cinayətdir. Fevralın 25-dən 26-a keçən gecə Rusların köməyi ilə Erməni silahlı birləşmələri Xocalıya soxulub, 613 adamın qətli ilə müşayiət olunan soyqırım törətdilər. Xocalı Dağlıq Qarabağ müharibəsinin təməl daşıdır. Beynəlxalq ictimaiyyətin Xocalı və Dağlıq Qarabağ ətrafında səssizliyi mənim ən çətin işimin yaranmasına səbəb oldu. Mən Xocalı cinayəti ilə əlaqədar 50-dən artıq rəsm çəkdim. Bədəli ödənməyən qorxunc bir cinayətin qarşılığında möhtəşəm iş…Hər əsər ölüm və qalım arasında olan bir azərbaycanlını – onun ağrısı, çaşqınlığı, onun qorxusunu əks etdirir. Beləliklə, mənim işim yerə sərilmiş və tanınmaz olan bu ölmüş insanları götürdü və \”BAX\” deməklə onları ictimaiyyətə göstərdi. Mən Fransada sərgi təşkil etdim. Sabiq mədəniyyət naziri xanım Aurélie Fillippeti-yə \”Xocalı kolleksiyası\”nı təqdim etmək şansım və imtiyazım oldu. Mən Avropa, Amerika, hətta Asiyada mümkün hər media orqanlarından istifadə edib onu göstərirəm. Altı ildi bu istiqamətdə çalışıram və onun tanınmasına kimi bu işi davam etdirəcəm. Bu, məni qəbul edən azərbaycanlılara verilmiş bir vəddir. Səssizlik və zamanın keçməsi ilə heç vaxt barışmayın. Mən, Fransada və hazırda asıldığı Bakıdakı Heydər Əliyev Mərkəzində sərgilənmiş Xocalı uşaqlarına həsr etdiyim şah əsər olan Ağ Əsər ilə bu kolleksiyanı başa çatdırdım\”.

İnterpress.az