Başçı və müavininin Nərimanovda satmadığı yer qalmadı – Fotoreportajbackend

Başçı və müavininin Nərimanovda satmadığı yer qalmadı – Fotoreportaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzEuroNews.com-un məlumatına görə, “Neftçilər” metrostansiyasının çıxışındakı səkilər kimi Nərimanovda da piyadaların yolu obyektlərə pay-püş edilib.

Səkilər, parklar, metro üstü…

Bakıda satmağa boş torpaqlar, yol qıraqlarında ərazilər qalmadığına görə icra başçıları metroların üstünü, səkiləri satmağa başlayıblar.

Bu tendensiya şəhərin əksər yerlərində müşahidə olunur. İcra başçıları harda boş yer görübsə satıblar, indi də paytaxtda yer qalmayıb. Ona görə də metroların üstünü satmağa əl atıblar.

Başçı və müavininin Nərimanovda satmadığı yer qalmadı – Fotoreportaj

Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev və 1-ci müavini Şahmar İbadov da “Nərimanov” metrosunun üstünü, parkın ərazisini kafelərə, dükanlara, ticarət köşklərinə kvadrat-kvadrat satmaqdadır.

Başçı və müavininin Nərimanovda satmadığı yer qalmadı – Fotoreportaj

Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) başçısı Abdin Fərzəliyev

Nərimanov parkının içində sağ-sol restoran, kafe, dönərxanalar, peraşki satanların butkalarından ibarətdir. Onların fəaliyyətinə Nərimanov RİH-nin qeyri-rəsmi icazəsi əsasında razılıq verilib.

Rayondakı əksər obyektlərə Ş.İbadov tərəfindən nəzarət olunur. Abdin Fərzəliyev 1-ci müavininə ən birinci imkanları yaradıb.

Başçının “kassir”i və rayondakı “kombinasiyaları”nın mahir ustası sayılan Şahmar İbadov Nərimanovun “qubernator”u rütbəsinə yüksəlib.

İbadovun bələdiyyədəki “makler” qardaşı…

Təbii ki, RİH-nin icazəsi olmadan daşı daş üstünə qoymaq nəinki mümkün deyil, əfsanədir. Bu, artıq təsdiqlənmiş reallıqdır.

Ona görə də metronun üstündə səkilərin, parkın içinin satılması Nərimanov rəhbərliyinin razılığı əsasında gerçəkləşir.

Başçı və müavininin Nərimanovda satmadığı yer qalmadı – Fotoreportaj

Daşınmaz əmlak qeydiyyatından əlavə, binaların sökülməsi, plana düşən tikililərə görə kompensasiyaların bölüşdürülməsi işlərinə başçı müavini sahiblik edir.

Bildirilir ki, İbadov Nərimanov ərazisində poluiteran materialların binalara üzlənməsində baş məsləhətçi olub.

Şahmar İbadovun bələdiyyə üzvü olan qardaşı torpaqların satışında xüsusi fəallıq edir. Ş.İbadov bələdiyyəyə öz yaxın qohum-əqrəbasını yerləşdirib və istəklərini reallaşdırır.

Ş.İbadovun bələdiyyə seçkiləri zamanı əvvəlcədən nəzərdə tutulan 19 adamı hər biri ayrı-ayrılıqda bələdiyyə üzvü seçilib.

Başçı və müavininin Nərimanovda satmadığı yer qalmadı – Fotoreportaj

Hətta o zaman siyahı mətbuatda təqdim olunub, lakin başçı müavini seçkilərə müdaxilə edib. Bundan sonra Nərimanov ərazilərini pay-püş etmək, bələdiyyənin əli ilə əraziləri satmaq asanlaşıb. Amma Ş.İbadovun adı təkcə bu işlərdə hallanmır.

Başçı və müavininin Nərimanovda satmadığı yer qalmadı – Fotoreportaj

Şahmar İbadov

Onun gözdən əlillərə aid mənzillərin pulunu mənimsəməkdən tutmuş, 9-cu mikrorayonda villa alması, oğlu Elmir İbadovun avtoqəzada ölümə səbəb olması, cinayət işini ört-basdır etməsinədək adı çəkilib.

Lakin bu haqda növbəti reportajlarımızda ətraflı məlumat verəcəyik. Metronun üstündəki səkilər və parkın içinin zəbt olunması ilə bağlı Nərimanov RİH-nin münasibətini dərc etməyə hazırıq.

İnterpress.az