Bakı Jirinovskinin təyyarəsinə eniş icazəsi vermədi-VİDEObackend

Bakı Jirinovskinin təyyarəsinə eniş icazəsi vermədi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu əhvalat düz 20 il əvvəl-1998-ci ildə baş verib. Bu həmin vaxtlar idi ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Bağdada hava zərbələri endirməyə hazırlaşırdı. Rusiyada isə Putin yox, Yeltsin hakimiyyətdə idi, hökumətə isə Viktor Çernomırdin rəhbərlik edirdi. Xarici İşlər Nazirliyinin şefi isə Yevgeni Primakov idi.

Jirinovskinin qalmaqallı Bağdad səfəri barədə NTV telekanalının İrəvandakı o vaxtkı müxbiri, hazırda “Sputnik Armenia” agentliyinin redaktoru olan Yevgeni Pisarenko özünün videoarxivindəki reportajları yayımlayıb. Belə məlum olur ki, Jirinovskinin olduğu təyyarəyə İraqa uçan humanitar yüklərə hava məkanını açan yeganə ölkə-İran da son anda dəhliz verməkdən imtina edib. Nəticədə təyyarə Bakıya eniş üçün təcili icazə istəyib. Lakin Azərbaycan rəhbərliyi Jirinovskiyə görə BMT və ABŞ-la qarşıdurmaya gedə bilməzdi və təyyarəyə Bakıya eniş icazəsi verilməyib.

LDPR liderinin təyyarəsi bu dəfə İrəvandan təcili eniş icazəsi istəyib. Həmin vaxt Ermənistanda çevriliş baş vermişdi və Levon Ter-Petrosyan Qarabağ klanının təhdidləri altında istefaya getmişdi. Hakimiyyəti o vaxtkı baş nazir Robert Köçəryan faktiki ələ keçirmişdi. Siyasi vəziyyət gərgin idi, buna baxmayaraq Ermənistan Jirinovskinin təyyarəsini geri qaytarmır. Təyyarə İrəvana enənə qədər 12 saata qədər havada qalır. Nəticədə Jirinovskinin partiyasından bəzi deputatların vəziyyəti pisləşir, onlar İrəvanda xəstəxanaya yerləşdirilir.

Jirinovski özü isə səhər oteldə ondan müsahibə götürməyə gələn NTV müxbirinin qarşısına alt tuman-köynəyində çıxır…

Əhvalatın davamı belə olur ki, Jirinovski İrəvandan Rusiya XİN-i, hökuməti kəskin tənqid edir, onların zəifliyi nəticəsində təyyarənin Bağdada uça bilmədiyini deyir. Hətta Rusiyanın İrəvandakı səfiri ilə dalaşır.

Nəhayət BMT-nin sansksiyalar üzrə komitəsi ilə uzun-uzadı danışıqlardan sonra Rusiya nümayəndə heyətinə Bağdada uçmaq icazəsi verilir, amma nümayəndə heyəti ciddi ixtisar olunur. 200 nəfərlik heyətdən cəmi 30 nəfərə Bağdada uçuş icazəsi verilir. Əksəriyyəti jurnalistlər olmaqla qalanları Moskvaya qayıtmalı olur… (virtual.org)

İnterpress.az