“Dövlətçiliyimizə qarşı çıxan qüvvələr erməni lobbisinin əlində oyuncağa çevriliblər”backend

“Dövlətçiliyimizə qarşı çıxan qüvvələr erməni lobbisinin əlində oyuncağa çevriliblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Azərbaycan Alpaqut Federasiyasının sabiq prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, fəal ictimaiyyətçi Aqil Acalov bildirib.

A.Acalov deyib ki, son 15 ildə Azərbaycan uğurlu inkişafa və tərəqqiyə nail olub:

“Ötən illər ərzində güclü ordumuz formalaşdırılıb. Bölgənin iqtisadi-siyasi lider dövlətinə çevrilmişik. Bir sıra uğurlu iqtisadi layihələr prezident İlham Əliyevin zamanında gerçəkləşdirilib. Bu gün həmin işlər prezident İlham Əliyevin əsas uğurunu təşkil edir. Prezidentin uğurlu daxili-xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Ölkəmizi hər yerdə tanıyırlar. Məhz buna görə də prezident İlham Əliyev aprelin 11-də keçiriləcək prezident seçkilərin şəksiz qələbə qazanacaq”.

Aqil Acalov qeyd edib ki, prezident İlham Əliyevin gördüyü uğurlu işlərdən narahat olan qüvvələr var:

“Həmin qüvvələr Avropanın bəzi dairələrindən maliyyə dəstəyi alaraq, Azərbaycanın əleyhinə iş aparırlar. Dövlətçiliyimizə qarşı çıxan qüvvələr erməni lobbisinin əlində oyuncağa çevriliblər. Bütün iyrənc potensialları gecə-gündüz anti-azərbaycan təbliğatına qoşulublar. Onları əmin edirəm ki, bu qüvvələrin arzuları ürəklərində qalacaq. Aprelin 11-də xalqımız onlara gözəl cavab verəcək. Həm də onların planları fiaksoya uğrayacaq”.

İnterpress.az