Almaniya həmvətənlərimiz Xocalı faciəsinin ildönümündə aksiya keçirəcəkbackend

Almaniya həmvətənlərimiz Xocalı faciəsinin ildönümündə aksiya keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ölkədə fəaliyət göstərən “Legat” inteqrasiya mərkəzindən bildirilib ki, etiraz aksiyası paytaxt Berlindəki Ermənistan səfirliyinin qarşısında baş tutacaq: ” Bildiyiniz kimi 26 fevral erməni silahlı dəstələrinin, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda mülki əhaliyə qarşı soyqırəm həyata keçirməsinin növbəti anım günüdür. Azərbaycanın müasir tarixinin bu dəhşətli faciəsi zamanı 3 min sakindən şəhəri tərk etmək imkanı və doğma yurdu qoyub getmək istəyi olmayanların hamısı amansızcasına qətlə yetirilib. Belə ki, şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca olmaqla xüsusi qəddarlıqla soyqırıma məruz qalıb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülərək onlara alçaldıcı işgəncələr verilib, 197 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb”.

Mərkəzdən verilən məlumata görə, Avropada Qarabağdan qaçqın düşən xeyli həmvətənimiz yaşayır: “Keçirəcəyimiz etiraz asksiyasında Avropada təşkilatlanmış və təşkilatlanmaqda olan siyasi təşkilatlar, siyasi partiyaların təmsilçiləri və üzvləri, jurnalistlər, QHT nümayəndələri, tələbələr, həkimlər, iş adamları və Qarabağdan qaçqın düşən həmvətənlərimiz iştirak edəcək”.

Qeyd edək ki, etiraz aksiyası 26 fevral saat 15. 00-da Ermənistan Respublikasının Berlindəki səfirliyinin qarşısında baş tutacaq.

İnterpress.az