Nizamidə əcaib mənzərə : “Səki yoxdursa, paraşütlə keçərik” – Fotoreportajbackend

Nizamidə əcaib mənzərə : “Səki yoxdursa, paraşütlə keçərik” – Fotoreportaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metrodan çıxanda səki tapmaq olmur və piyadaların yolu daha da darısqallaşıb. Bunu fotolardan da aydın görmək olur.

Nizamidə əcaib mənzərə : “Səki yoxdursa, paraşütlə keçərik” – Fotoreportaj

Metronun “8-ci kilometr” bazarına olan çıxışında səki geniş və normal idi. Amma indi səki tamamilə bağlanıb və ticarət obyektləri tərəfindən zəbt olunub.

Metronun “Qara Qarayev” stansiyasına gedən istiqamətində isə səkilər kafelər və “LC Wikiki” mağazası tərəfindən işğal olunub.

Nizamidə əcaib mənzərə : “Səki yoxdursa, paraşütlə keçərik” – Fotoreportaj

Əks istiqamətlərdə olan çıxışların səkiləri eyni qaydada dükanlar, mağazalar və tikiləcək obyektlərinin meydanına çevrilib. Vətəndaşlar deyirlər ki, Bakının heç bir metrosundan çıxanda səkinin üstündə obyekt görə bilməzsiniz.

Ancaq şəhərin Nizami rayon ərazisi olan sözügedən səkilər qarış-qarış obyektlər tərəfindən özəlləşdirilib. Bu gedişlə “Neftçilər” stansiyasından çıxmaq mümkün olmayacaq.

Nizamidə əcaib mənzərə : “Səki yoxdursa, paraşütlə keçərik” – Fotoreportaj

“Ya gərək paraşütlə “Neftçilər”dən keçək, ya da stansiya ləğv olunsun. Bu nə qanunsuzluqdur? Hər şeyi başa düşdük, hansısa boş ərazini satmaq olar. Amma camaatın keçib getdiyi səkini yox da. Belə görməmişlik, acgözlük heç yerdə yoxdur.

Metrodan çıxıb getməyə yol tapa bilmirik, adamlar çiyin-çiyinə toqquşub keçirlər. Siz Allah baxın, bu yolun üstündə obyekt tikməyə kim icazə verib?”, – deyə Nizami rayon sakini Vidadi Kamilov sual edir.

Nizamidə əcaib mənzərə : “Səki yoxdursa, paraşütlə keçərik” – Fotoreportaj

Amma onun sualının cavabını biz də bilmirik: qanunsuzluq olaraq zəbt ediblər, Nizami bələdiyyəsindən icazə alıblar ya Nizami Rayon İcra Hakimiyyətindən?

Hər halda sakinlər Nizami RİH-nin bu obyektləri səkidən yığışdıracağına ümid edirlər. Onların sözlərinə görə, bu obyektlər son il yarım ərzində sürətlə çoxalıblar:

Nizamidə əcaib mənzərə : “Səki yoxdursa, paraşütlə keçərik” – Fotoreportaj

“Bu yoldan rahat keçib gedirdik, indi metrodan çıxan kimi adamın burnu dükanlara dəyir. Biz inanmırıq ki, onlara Nizami icra hakimiyyəti icazə verib. Ona görə tədbir görülməsini xahiş edirik”. ( AzEuroNews.com )

İnterpress.az