Kürdəmir sakini güllələnib – YENİLƏNİBbackend

Kürdəmir sakini güllələnib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda 21 yaşlı oğlan güllələnərək öldürülüb.

\”Report\”un Şirvan bürosu xəbər verir ki, rayonun İsmayıllı kənd sakini, 1997-ci il təvəllüdlü Kənan Əhmədli ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Ailə üzvlərinin \”Report\”un yerli bürosuna verdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib: \”Tüfəngi təmizləyirdi. Qəfildən güllə səsi eşitdik və gəlib gördük ki, Kənan yerdə qan içində uzanıb\”.

Həkimlər isə ailəsinin verdiyi məlumatı təkzib edərək bildiriblər ki, K.Əhmədli sağ boyun nahiyəsindən odlu silahdan açılan atəş nəticəsində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Hadisə İsmayıllı kəndində qeydə alınıb.

Belə ki, Əhmədli Kənan Zaur oğlunun meyiti yaxınları tərəfindən xəstəxanaya gətirilib. Onun sağ boyun nahiyəsində odlu silahdan açılan atəş yaraları var.

K.Əhmədlinin meyiti morqa yerləşdirilib. Mərhumun intihar etdiyi, yaxud öldürülməsi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

İnterpress.az