Əri ilə mübahisə edən qadın özünü yandırdıbackend

Əri ilə mübahisə edən qadın özünü yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, 34 yaşlı qadın yaşadığı Yasamal rayonu, Abbas Mirzə Şəridzadə küçəsindəki mənzilində üzərinə benzin tökərək özünü yandırıb. Yanan qadın Respublika Yanıq Mərkəzinə aparılıb. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun “Ölkə.Az”a verdiyi məlumata görə, qadının bədəninin 85 faizi yanıb, vəziyyəti çox ağırdır.

İlkin araşdırmalar zamanı məlum olub ki, qadın, həyat yoldaşı Tağıyev Vuqar Hüseynağa oğlu ilə mübahisə edib və bu səbəbdən də özünü yandırmağa qərar verib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb və kişinin izahatı alınıb.

İnterpress.az