Xocalının deputatı: “Orduxan Temirxan Azərbaycana gətirilsin!”backend

Xocalının deputatı: “Orduxan Temirxan Azərbaycana gətirilsin!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov deyib ki, sözügedən şəxslər haqqında müvafiq tədbirlərin görülməsi vacib məsələdir:

\”Kimliyindən asılı olmayaraq, heç kimin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermək olmaz. Bu, bütün dünyada qanunla da qadağandır. Qaçıb Avropada Azərbaycan əleyhinə hər hansı çağırışlar etmək, ölkənin adını ləkələməklə nəyəsə nail olmaq mümkün deyil.

Hesab edirəm ki, Avropada Azərbaycan əleyhinə iş aparan, vətəndaşlarımızı təhqir edən Orduxan Teymurxan, Emin Hüseynli, Məhəmməd Mirzəli, Tural Sadıqlı və digər bu kimi şəxslərə qarşı qanunun sərt üzü tətbiq olunmalıdır.

Əgər bu adamlar öz hərəkətləri ilə qanunun tələblərini pozurlarsa və bunu dəfələrlə təkrarlayırlarsa, Azərbaycanın hər hansı vətəndaşının, o cümlədən dövlət rəsmilərinin şəxsiyyətinə, onun ailə üzvlərinə qarşı təhqir və böhtana yol verilirsə, artıq burada hüquq-mühafizə orqanları və qanun sözünü deməlidir. Yəni, bu cür halların qarşısı mütləq alınmalıdır\”.

Deputat həmin şəxslərin arxasında Avropa dövlətlərinin də dayandığını söyləyib:

Xocalının deputatı: "Orduxan Temirxan Azərbaycana gətirilsin!"

\”Düşünürəm ki, bu şəxslərin arxasında sığınacaq aldıqları Avropa dövlətlərinin hər hansı formada barmağı, fitvası, maraqları yoxdursa, o zaman Azərbaycanın hüquq-mühafizə orqanları həmin şəxslərin cəzalandırılması və ya ekstradisiyası ilə bağlı Avropanın müvafiq qurumlarına müraciət etsə, müsbət cavab veriləcək.

Əgər Avropa dövlətləri bu şəxsləri himayə etməsə, o zaman onlar gizləndikləri ölkələrdə də cəzalandırıla bilər.

Çox təəssüf ki, bir çox hallarda həmin şəxslərin Azərbaycan əleyhinə hərəkətlərində Avropa dairələrinin maraqları olur. Hətta, bəzən bu adamlara təşkilatçılıq belə edirlər. Hesab edirəm ki, həmin gənclər Azərbaycan vətəndaşlarıdır, bu millətin nümayəndələridir.

Onlar Azərbaycan xalqını və dövlətini təmsil edirlər. Düşünürəm ki, onların xarici ölkələrdə Azərbaycan əleyhinə çirkin kampaniyalar aparması xoşagəlməz haldır. Bu cür hərəkətlərə Azərbaycanın düşməni olan ermənilər də sevinirlər\”.(sfera.az)

İnterpress.az