Avropa Liqasında 1/16 final həyəcanı davam etdi – NƏTİCƏLƏRbackend

Avropa Liqasında 1/16 final həyəcanı davam etdi – NƏTİCƏLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutub.

İddialılardan \”Arsenal\” \”Ostersund\”u, \”Milan\” isə \”Ludoqorets\”i səfərdə darmadağın edib. Dortmund \”Borussiya\”sı öz meydanında \”Atalanta\” ilə üz-üzə gəlib Almanlar çətin qələbə qazanıblar. \”Lion\” – \”Vilyarreal\” matçında da meydan sahibləri seviniblər.

Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen”lə “Atletiko”nun dueli də maraqlı olub. Madridlilər səfərdə qalib gəliblər. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalılarla qrupda keçirdiyi hər iki görüşdə heç-heçəyə (0:0, 1:1) imza atmışdı.

Qeyd edək ki, bu mərhələnin bir görüşü fevralın 13-də keçirilib. \”Srvena Zvezda\” (Serbiya) – MOİK (Moskva, Rusiya) matçı qolsuz bərabərliklə nəticələnib.

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

15 fevral

\”Astana\” (Qazaxıstan) – \”Sportinq\” (Portuqaliya) – 1:3

Qollar: Tomasov, 7 – Fernandez, 47, Martins, 50, Dumbia, 56

\”Borussiya\” (Dortmund, Almaniya) – \”Atalanta\” (İtaliya) – 3:2

Qollar: Şürrle, 31, Batçuay, 65, 90+1 – İliçiç, 51, 56

\”Ludoqorets\” (Bolqarıstan) – \”Milan\” (İtaliya) – 0:3

Qollar: Kutron, 45, Rodrigez, 62, Borini, 90+2

\”Marsel\” (Fransa) – \”Braqa\” (Portuqaliya) – 3:0

Qollar: Cermeyn, 4, 69, Tauvin, 74

\”Nitsa\” (Fransa) – \”Lokomotiv\” (Rusiya) – 2:3

Qollar: Balotelli, 4, 28 – Fernandez, 45, 69, 77

\”Ostersund\” (İsveç) – \”Arsenal\” (İngiltərə) – 0:3

Qollar: Monreal, 13, Uellbek, 24, Məsut, 58

\”Real Sosyedad\” (İspaniya) – \”Zalsburq\” (Avstriya) – 2:2

Qollar: Odriozolo, 57, Yanuzay, 80 – Oyarzabal, 27 (avtoqol), Minamino, 90+4

\”Spartak\” (Moskva, Rusiya) – \”Atletik\” (İspaniya) – 1:3

Qollar: Adriano, 60 – Aduriz, 22, 39, Riko, 45+1

AEK (Yunanıstan) – \”Dinamo\” (Ukrayna) – 1:1

Qollar: Ajdareviç, 80 – Tsiqankov, 19

\”Seltik\” (Şotlandiya) – \”Zenit\” (Rusiya) – 1:0

Qol: Makqreqor, 78

\”Kopenhagen\” (Danimarka) – \”Atletiko\” (İspaniya) – 1:4

Qollar: Fişer, 15 – Nigez, 21, Qameyro, 27, Qrizman, 71, Vitolo, 77

\”Styaua\” (Rumıniya) – \”Latsio\” (İtaliya) – 1:0

Qol: Qnore, 29

\”Lion\” (Fransa) – \”Vilyarreal\” (İspaniya) – 3:1

Qollar: Ndombele, 46, Fekir, 49, Depay, 82 – Fornals, 63

\”Napoli\” (İtaliya) – \”Leypziq\” (Almaniya) – 1:3

Qollar: Ounas, 52 – Verner, 61, 90+3, Bruma, 74

\”Partizan\” (Serbiya) – \”Viktoriya\” (Çexiya) – 1:1

Qollar: Tavamba, 58 – Reznik, 81

İnterpress.az