Elektrik enerjisinin qiyməti qalxacaq?backend

Elektrik enerjisinin qiyməti qalxacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək\”. \”APA-Economics\” xəbər verir ki, bu barədə \”Standard&Poors\” beynəlxalq reytinq agentliyi \”Azərenerji\” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə \”Azərenerji\”nin tarifləri 33% artıb: \”Bələ bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük\”.

Agentliyin mütəxəssisləri qeyd edirlər ki, \”Azərenerji\”nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək: \”Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək\”.

İnterpress.az