Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert – Amerikada – FOTObackend

Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert – Amerikada – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konsert əfsanəvi bəstəkarın 100 illik yubileyi münasibətilə nəzərdə tutulan proqramlar sırasında ilk böyük mədəniyyət hadisəsi olub. Şimali Texas Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin \”Voertman\” salonunda keçirilən konsertdə musiqi fakültəsinin və Dallas Simfonik Orkestrinin tanınmış musiqiçiləri çıxış ediblər. Onların arasında tanınmış pianoçu Vladimir Viardo, Şimali Texas Universitetinin musiqi klaviaturalı alətləri kafedrasının rəhbəri Stiven Harlos, kontrabas üzrə regent-professor Ceff Bradetiç, vokal professoru Kerol Vilson, violonçel üzrə professor Yucin Osadçi, beynəlxalq müsabiqələr laureatı, pianoçu Anastasiya Markina, beynəlxalq aləmdə tanınmış musiqiçi Cəmilə Cavadova-Spitzberq, Dallas Simfonik Orkestrinin musiqiçiləri- skripkaçılar Filipp Fenriç, Aleksandr Snıtkin və Ənn Mari Brink, violonçel ifaçısı Ceffri Hud, doktorantlar Yuki Kumamoto və Uilyam Heyter olublar.

Qara Qarayevin yaradacılıq irsi kamera musiqisi ilə təqdim olunub və bəstəkarın məşhur fortepiano prelüdləri, skripka üçün sonata, vokal romanslar, \”Don Kixot\” simfonik qravüralarının transkripsiyaları, \”Yeddi gözəl\” və \”İldırımlı yollarla\” baletlərindən rəqs nömrələri təqdim edilib. Dahi bəstəkarın musiqisinin parlaq ahəngi, rəngarəng obrazlar, əsrarəngiz ritmlər və heyrətamiz çıxışlar tamaşaçılarda unudulmaz təəssüratlar yaradıb.

Qara Qarayevin yubileyinə həsr olunmuş konsert Texas KİV-ləri, o cümlədən bəstəkarın adı və musiqisini vəsf edən məqalələr yayımlayan \”Dallas Morning News\” və \”Denton Record-Chronicle\” qəzetləri tərəfindən işıqlandırılıb. (azertag.az)

Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert - Amerikada - FOTO

İnterpress.az