“Sənin sponsorun Həcidir” – Tolik Şəbnəm Tovuzluya “ilişdi”backend

“Sənin sponsorun Həcidir” – Tolik Şəbnəm Tovuzluya “ilişdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minval.info xəbər verir ki, Tarix Əliyev proqramın sponsorlarını təqdim etməyə keçərkən müğənni Şəbnəm Tovuzluya söz atıb. Belə ki, o, sənətçiyə “sənin sponsorun Həcidir…” deməsi onu özündən çıxarıb. Tovuzlu emosional şəkildə bunun cavabını verib:

“Mənim sponsorum insanlarımız, millətimizdir, toylarımdır, sənə qurban olum. Həci olmasa da, Şəbnəm elə Şəbnəmdir”.

Qeyd edək ki, az öncə sənətçi onun haqqında mediada yer alan xəbərlər barədə narazılığını dilə gətirib. Ümumiyyətlə veriliş boyu Şəbnəm Tovuzlu gərgin anlar yaşayıb.

İnterpress.az