“İntim həyat ailə münasibətlərini gücləndirir” – Psixoloqbackend

“İntim həyat ailə münasibətlərini gücləndirir” – Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, 2017-ci ildə ölkədə 14 514 boşanma halları qeydə alınıb.

2016-cı ildə bu rəqəm 13 114 olub. Rəqəmlərə baxdıqda məlum olur ki, ölkədə boşanmaların sayı 10,8% artıb.

Bəs görəsən, boşanmalar nədən qaynaqlanır?
İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı Psixi Sağlamlıq Mərkəzinin uzmanı, Ailə və Yeniyetmə psixoloqu, psixoterapevt Xudaverdi Məmmədovun Oxu.Az-a bildirdiyinə görə, araşdırmalar zamanı müəyyən edilib ki, ən çox boşanma faktı nikahın ilk beş ilində qeydə alınır.

X. Məmmədov ailələrin boşanma səbəblərini də açıqlayıb.

“Cütlüklər, əsasən, iqtisadi vəziyyət, alternativ həyat axtarma, ortaq maraqların olmaması və xəyanətlərə görə ayrılırlar”.

Psixoloq gənc ailələrə məsləhətlər də verib:

“Sağlam ailə bünövrədən qurulmalıdır. Cütlüklər hər gün bir-biri ilə ortaq maraqlarından danışmalıdırlar.

Onu da bildirmək istərdim ki, intim həyat ailə münasibətlərini gücləndirən amillərdəndir”.

Ətraflı videosujetdə:

İnterpress.az