Emal edilmiş qida ilə “xərçəng əlaqəsi” varmı?backend

Emal edilmiş qida ilə “xərçəng əlaqəsi” varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər aşırı emal edilmiş ərzaq növlərinə qızardılmış toyuq tikələri, tort və kütləvi istehsal edilən çörəyi də aid ediblər.

Araşdırmada 105 min adam iştirak edib.

Onun nəticələrinə əsasən emal edilmiş ərzaq istehlakının artması ilə xərçəng riskinə tutulma şansı da artmış olur.

Tədqiqatın nəticələrinə dair ehtiyatlı yanaşma izhar olunur. Ekspertlər sağlam qidalanmanın üstünlüyünü qeyd edir.

Aşırı emal edilmiş ərzaq növlərinə nə aid edilir?

Kütləvi istehsal edilərək paketlənmiş çörək və bulkalar
Çipslərlə daxil paketlənmiş şirin və şor qəlyənaltı növləri
Şokolad və şirniyyat
Qazlı və şirinləşdirilmiş içkilər
Küftə ət, toyuq və qızardılmış balıq tikələri
Əriştə və şorbalar
Dondurulmuş və yarımfabrikat ərzaq növləri
Qismən və ya sırf şəkər, yağ və piydən hazırlanan yeməklər
Qida ilə xərçəng riski arasında əlaqə barədə çoxsaylı araşdırmalar mövcuddur.

Artıq çəkililik, siqaretdən sonra xərçəng riskini artıran ən ciddi amillərdən biridir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) emal edilmiş ətin də xərçəng riskini bir qədər artırdığını bildirir. (bbc)

İnterpress.az