Azay Quliyevdən ATƏT rəsmilərinə dəvətbackend

Azay Quliyevdən ATƏT rəsmilərinə dəvət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu ATƏT PA vitse prezidenti Azay Quliyev “Tvitter” hesabında yazıb. ATƏT PA rəsmisi əlavə edib ki, “Biz, ATƏT-in müşahidəçi missiyasının iştirakını Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkan hesab edirik”.

Azay Quliyev tərəflərin bu məsələdə məhsuldar əməkdaşlığına ümid etdiyini də qeyd edib.

Xatırladaq ki, ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilən iclasda Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunan məsələlərdən biri olub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ölkə mediasına açıqlamasında bildirib ki, Azərbaycan Avropa təşkilatlarına prezident seçkilərini izləmək üçün dəvət məktubu göndərib. “Hazırda bu məktub nəzərdən keçirilir. Biz ATƏT və DTİHB təcrübəsinə əsaslanırıq. Biz indi ATƏT DTİHB-nin qərarını gözləyirik”.-deyib.

İnterpress.az