3 yaşlı Zəhra Rzayevanın müəmmalı ölümü: MEYİTİNİ KÜÇƏDƏ TAPDILAR – FOTO – VİDEObackend

3 yaşlı Zəhra Rzayevanın müəmmalı ölümü: MEYİTİNİ KÜÇƏDƏ TAPDILAR – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaq bağçasının tərbiyəçisi 3 yaşlı Zəhra Rzayevanın donmuş meyitini aşkarlayıb.

İnterpress.az virtualaz.org-a istinadən xəbər verir ki, səhər saat 9-da tərbiyəçi qadın uşaqları gəzintiyə çıxarıb, lakin az sonra hamı geri qayıdıb. Təxminən 2 saat sonra tərbiyəçi anlayıb ki, uşaqlardan biri yerində deyil. O, dayə ilə birlikdə bağçanın ətrafını nəzərdən keçirən vaxt 3 yaşlı Zəhranın qarın üstündə donmuş meyitini tapıb.

Hadisə yerinə gəlmiş təcili yardım həkimləri uşağın öldüyünü bildiriblər.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə İdarəsində cinayət işi başlanıb.

Bu arada “360” telekanalı xəbər verir ki, Zəhranın atasının sözlərinə görə, bir neçə gün əvvəl qızının bədənində göyümtül izlər görüb. Azərbaycandan olan ailə uzun illərdir ki, Moskvada yaşayır. Ailədə Zəhradan başqa daha iki uşaq böyüyür.

3 yaşlı Zəhra Rzayevanın müəmmalı ölümü: MEYİTİNİ KÜÇƏDƏ TAPDILAR - FOTO - VİDEO

İnterpress.az