“Tolikin “duxu” çatırdısa, İlhamənin sağlığında kiminsə başına tac qoyardı…” – Elnarə əsəbiləşdibackend

“Tolikin “duxu” çatırdısa, İlhamənin sağlığında kiminsə başına tac qoyardı…” – Elnarə əsəbiləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri BiG.AZ-a açıqlamasında müğənni Elnarə Xəlilova şou-biznesdə tüğyan edən \”tac qalmaqalı\”na münasibət bildirərkən deyib. İfaçı bildirib ki, mərhum xalq artistimiz İlhamə Quliyevanın sağlığında prodüser Tolikin bu qalmaqalı yaratmağa hünəri çatmazdı:

\”Elnarə iki il yarımdır ki tac taxır. Tac sadəcə aksesuardır. Elnarəyə görə sırğa, üzük, qolbağ necə, tac da elə aksessuardır. Özü də mən yeganə adamam ki, İlhamə Quliyevanın sağlığında bunu eləmişəm. İndi tac taxmağa nə var ki? Tolikin hünəri çatırdısa, İlhamənin sağlığında bu qalmaqalı yaradardı.

Mənim şəkilimin altında şərh yazıb ki, tacla gündəmə gəlmə, cavabında məndə yazdım ki, Elnarə onsuz da gündəmdə idi. Allaha şükür, mənə bugünki gündə Tolikin gündəmində olmaq heç lazım da deyil. O gündəm tamam başqa adamlara lazımdır, hansı ki mənim səviyyəmə uyğun deyil. Bundan sonra Allah məni o günə qoymasın ki mən o gündəmdə olum\”.

E.Xəlilova bu mövzu haqqında həmkarı Nadir Qafarzadənin \”İlhamə sağ olanda heç kimin \”duxu\” çatmırdı kiminsə başına tac qoymağa…\” sözlərini təsdiqləyini də dilə gətirib.

İnterpress.az