Moskvada meyiti tapılan azərbaycanlı uşağın atası danışdı – İlginc faktlarbackend

Moskvada meyiti tapılan azərbaycanlı uşağın atası danışdı – İlginc faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BakuPost-a istinadən xəbər verir ki, qız digər uşaqlarla açıq havada olarkən huşunu itirib.

N.Rzayev qeyd edib ki, 1 ay əvvəl uşağın analizlərini verib və tamamilə sağlam çıxıb.

Uşağın atası daha bir maraqlı faktı açıqlayıb. O, qızının tərbiyəçilərdən xoşu gəlmədiyini qeyd edib.

Hazırda qızın ölümü ilə Rusiya İstintaq Komitəsi cinayət işi başlayıb.

Qeyd edək ki, bağça tərbiyəçilərinin sözlərinə görə, onlar 25 uşaqdan ibarət qrupu gəzintiyə çıxarıb. Bir müddətdən sonra Zəhra Rzayevanın qrupda olmadığı məlum olub. Onu qısa müddət sonra qarda huşsuz vəziyyətdə tapıblar.

Uşaqlar bildirib ki, qız onların daha əvvəl oynadığı evə gedib, oyuncaqları götürmək istəyib.

Bağçaya təcili yardım çağırılıb. Bütün səylərə baxmayaraq Z.Rzayevanı xilas etmək mümkün olmayıb.

İnterpress.az