Məşhur aktyor vəfat etdibackend

Məşhur aktyor vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xeberle.com-a istinadən xəbər verir ki, 66 yaşlı Ş.Qəribli müalicə aldığı xəstəxanada gözlərini əbədi yumub.

Qeyd edəki, mərhum doğulduğu Kürdəmir rayonunda dəfn edilib.

Şahmar Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun \”Dram və kino aktyoru\” fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə \”Lider\” telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin \”Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Allah rəhmət eləsin…

İnterpress.az