Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnozbackend

Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Avstriyanın “Die Presse” qəzetinə verdiyi müsahibədə bəyan edib.

“Ukrayna getdikcə oliqarxların iqtisadi maraqları ucbatından böyük mafioz dövlətə çevrilir. Hazırda ölkədəki kapitalın 70 faizi prezident Petro Poroşenkoya və ona yaxın 7 oliqarxa aiddir. Poroşenko və Rinat Əhmədov isə ölkə sərvətlərinin yarısına sahibdirlər”, – Saakaşvili bildirib.

Odessanın keçmiş qubernatoru bir çox varlı oliqarxın silahlı birləşmələr yaratdığını qeyd edərək, bunun cəmiyyətdə ciddi fəsadlar törətdiyini söyləyib. “Bu cür silahlı qruplaşmalar indiki daxili işlər nazirinin (Arsen Avakovun) və Rinat Əhmədovun tabeçiliyindədir.

Mühacir siyasətçinin fikrincə, ölkənin şərqi və cənubu iqtisadi məhvə doğru gedir. “Bukovina və Zakarpatyedə bir çox milli azlığa mənsub insanlar yaşayır. Həmin bölgələrdə separat əhva-ruhiyyə gündən-günə güclənir. Ukraynalılar isə kütləvi surətdə ölkədən miqrasiya edir. Bütün bunlar dövlətin dağılmasına və kriminallşmasına gətirib çıxarır”, – Saakaşvili bədbin proqnozunu verib.

Qeyd edək ki, Mixeil Saakaşvili zorla Ukraynadan çıxarıldıqdan sonra Avropada fəaliyyətini davam etdirir. Həyat yoldaşının Hollandiya vətəndaşı olması səbəbilə keçmiş prezidnet Avropa Birliyi ərazisində sərbəst hərəkət etmək hüququna malikdir.

Saakaşvilinin sözlərinə dolayı yolla dəstək Ukraynanın millətçi “Sağ sektor” təşkilatının rəhbəri Dmitri Yaroşdan gəlib. O, Minsk anlaşmalarının hakimiyyət tərəfindən qəbul olunmasının ölkəni parçalamağa doğru aparacağını söyləyib.

Bir yandan isə Macarıstan Ukraynanın Zakarpatye bölgəsində yaşayan macarların hüquqlarının bərpasını tələb edir. Rəsmi Budapeşt xarici işlər naziri Peter Siyartonun dili ilə Ukraynaya təzyiq etmək üçün NATO-dakı veto hüququndan istifadə edəcəyini bəyan edib.

İnterpress.az