Öskürəyə qarşı 5 xalq üsulu – Asan və təsirlibackend

Öskürəyə qarşı 5 xalq üsulu – Asan və təsirli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sizə öskürək və ağciyər soyuqdəymələrində effektiv olan 5 üsulu təqdim edirik:

1.Bişmiş armud – boğulma tipli öskürəkdə əla effekt verir. Armudu sobada və ya suda bişirib yeyə bilərsiz. Və ya armudu xırda doğrayıb, 500 ml suda qaynadın. 3 saat kənarda saxlayıb, süzün və gün ərzində için.

2.Kompress üçün – 1 xörək qaşığı un, 1 xörək qaşığı quru xardal, 1 xörək qaşığı qarğıdalı yağı, 1 xörək qaşığı bal və 1 xörək qaşığı arağı qarışdırıb, isidin. Alınmış xəmir kimi kütləni tənzifin arasına yayıb döş qəfəsinin üzərinə qoyub, üzərindən polietilen sərib, isti şərflə

3. Bananlı qarışım – 2 ədəd bananı xırdalayıb, üzərinə 200 ml isti su alıb 10 dəqiqə qaynadın. Süzüb üzərinə 2 xörək qaşığı təmiz bal qatıb isti halda için.

4.Ağ turp və kök –100 ml ağ turp və 100 ml kök şirəsini qatıb, bura 100 ml süd əlavə edib gündə 6 dəfə için

5.Sirkə-kamfora – 1 xörək qaşığı sirkə, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı kamforanı qarışdırıb, burda pambıq parçanı batırıb, sinəyə qoyun. (medicina.az)

İnterpress.az