İnsult keçirən bəstəkarın halı yenidən pisləşdi – SON DURUMbackend

İnsult keçirən bəstəkarın halı yenidən pisləşdi – SON DURUM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında bəstəkarın xanımı Aybəniz Əkbər bildirib:

“Tahirin səhhətində irəliləyişlər var idi. Amma bir-iki gün əvvəl qəfildən şəkəri düşdü, halı pisləşdi. Yenidən zəiflədi. Sağ olsun həkimlər, onun ayağa qalxması üçün əllərindən gələni edirlər”.

Xanımı bəstəkarın hələ də danışmadığını bildirib: “Zəifləməzdən öncə, Tahirin qolundan tutub ayağa qaldırırdıq. Lakin nitqində yaranan problem hələ də həll olunmayıb. Həkimlər deyir, onun nitqindəki problemlərin aradan qalxması üçün uzun bir zaman lazımdır”.

İnterpress.az