Bu il Bakı metrosunda yeni kondisionerli qatarlar görəcəyikbackend

Bu il Bakı metrosunda yeni kondisionerli qatarlar görəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müqaviləyə əsasən Rusiya şirkəti Azərbaycana iki beşvaqonlu qatar tədarük edəcək.

Vaqonların xidmət müddəti 31 il təşkil edir. Müqaviləni “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıb.

Yeni vaqonların ilk hissəsinin Bakıya göndərilməsi bu ilin martında nəzərdə tutulub. Müqavilənin icrasının 2018-ci il ərzində başa çatması gözlənilir.

\”Bakı Metropoliteni\” Qapalı Səhmdar Cəmiyyətindən yeni qatarların alınması faktını təsdiqləyiblər.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev Trend-ə bildirib ki, QSC \”Metrovaqonmaş\”la müqavilə imzalayıb:

\”İki yeni qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Hər biri 5 vaqondan ibarət qatarlar 4-cü nəsil texnologiyalıdır. Bu qatarlar sonuncu dəfə aldığımız qatarlardan bir neçə üstünlüyü ilə fərqlənir, kondisioner sistemi ilə də təchiz olunub. Qatarların 2018-ci ildə Bakıya gətirilməsi planlaşdırılır\”. (trend)

İnterpress.az