Biz yox, Avropa bizdən imtina etdi – Sərkisyanbackend

Biz yox, Avropa bizdən imtina etdi – Sərkisyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Sərkisyan 2013-cü ildə guya Rusiyanın onlara təzyiq etmədiyini bildirib:

“Biz AB ilə danışıqlara başlayanda rusiyalı tərəfdaşlarımız, müttəfiqlərimiz bu barədə məlumatlı idi. Bizim avropalı tərəfdaşlarımız da Avrasiya İttifaqı ilə danışıqlar apardığımızdan xəbərdar idilər. Assosiativ üzvlük haqqında razılaşmadan biz yox, AB imtina etmişdi. Biz hətta müqavilənin siyasi hissəsini imzalamağı təklif etmişdik, amma Avropa buna yox dedi. Eyni müqavilə bir neçə həftə sonra Ukrayna ilə imzalandı. Bizim üçün bu qəribə idi.

Biz heç kimlə məxfi danışıqlar aparmamışıq və heç kimin təzyiqi ilə qərar qəbul etməmişik. Bizim tarixi təcrübəmiz göstərir ki, qarşıdurmadan müvəqqəti fayda götürmək cəhdi böyük faciələrə yol açır. Biz belə faciədən keçmişik və bunun təkrar olunmasını istəmirik”.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında Ermənistan gözlənilmədən Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamaqdan imtina etdiyini açıqlayıb və Avrasiya İttifaqına inteqrasiyaya üstünlük verdiyini bildirib. (axar.az)

İnterpress.az