“Beş-altı arvad saxlayan nazirləri…” – Namizədliyi irəli sürülən partiya sədribackend

“Beş-altı arvad saxlayan nazirləri…” – Namizədliyi irəli sürülən partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ölkə müxalifətinin 11 aprel növbədənkənar prezident seçkilərinə qatılmaması haqqında fikirlərə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, bu iddiaları ortaya atanlar təyin olunmuş seçkilərin əhəmiyyətini azaltmağa çalışırlar:

“Müxalifətin bir hissəsini “radikal” adlandırsalar da, mən onları milli satqınlar hesab edirəm. Onların seçkidə iştirak edib-etməmələri heç nəyi dəyişmir. Özlərini yekə-yekə təqdim eləməklə deyil ki? Ona görə də müxalifətin bu prezident seçkilərində iştirak etmədiyini deyənlər çox yanılırlar. Hamı bilir ki, bu seçkilərdə hakimiyyətin namizədi İlham Əliyev, müxalifətin əsas namizədi özüməm. Bundan sonra kimlərin seçkiyə qatılıb-qatılmaması vacib deyil. Bu seçki ikimizin mübarizəsi olacaq”.

Hacıyev əlavə edib ki, seçki kampaniyası zamanı korrupsioner məmurlar yenə də onun hədəfində olacaqlar:

“Heç kəsə güzəşt olmayacaq. Korrupsiyaya, rüşvətə bulaşan, uşaqlarını ordudan yayındırıb xaricə göndərən, beş-altı arvad saxlayan nazirlərin, məmurların ifşasını davam etdirəcəm. Onların kökü kəsilməsə, bu millətə dinclik olmayacaq”.

İnterpress.az