“Rusiya Avropada yeni nüvə silahı yarışına başlaya bilər” – NATO baş katibibackend

“Rusiya Avropada yeni nüvə silahı yarışına başlaya bilər” – NATO baş katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, NATO baş katibi Yens Stoltenberq belə hesab edir. “Bild” nəşrinə verdiyi müsahibədə o, Rusiyanı “Orta və qısa mənzilli raketlərin ləğvi haqda müqavilə”nin ləğvinə, həmçinin hərbi layihə və manevrlərin şəffaflığına çağırıb.

“Nüvə müqaviləsini bağlayan tərəflərdən biri kimi ABŞ Rusiyanın mövcud müqaviləyə təhdid yaratdığını və yeni orta mənzilli raketi hazırlayıb, sınaqdan keçirmək istədiyini müəyyən edib. Rusiya nüvə silahı arsenalını modernizə edərək və nüvə sınaqları keçirərək Avropada yeni nüvə silahı yarışı başlatmaq riski edir” – Stoltenberq belə deyib.

Qeyd edək ki, “Orta və qısa mənzilli raketlərin ləğvi haqda müqavilə” 1987-ci ilin 8 dekabrında ABŞ və SSRİ arasında bağlanıb. (avropa.info)

İnterpress.az