Bakı istiqamətində havaya qalxmış təyyarə qəza enişi etdibackend

Bakı istiqamətində havaya qalxmış təyyarə qəza enişi etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, havaya qalxandan bir saat – hava gəmisi Almaniya ərazisini tərk etdikdən sonra ekipaj üzvləri partlayışa bənzər səs eşidiblər. Hava gəmisinin kapitanı Fankfurt-Xan hava limanına geri qayıtmaq qərarını verib.

Təyyarənin qayıtması barədə məlumat alan dispetçerlər yerdə onun enişini təmin etmək üçün dörd yanğınsöndürmə briqadasını və hava limanının 65 əməkdaşını hazır vəziyyətə gətiriblər.

Hava limanının təmsilçisi Kristof Götsmannın sözlərinə görə, qəza enişindən sonra təyyarə ətraflı şəkildə baxışdan keçirilib, lakin şübhəli heç nə aşkarlanmayıb. Təhlükəsizlik şərtlərinə uyğun olaraq, yük təyyarədən boşaldılıb və sonradan yerinə qaytarılıb. Yalnız bundan sonra təyyarə yenidən Bakıya yola düşüb. (virtualaz.org)

İnterpress.az