“Sədərək” və “Binə”də xüsusi əməliyyat keçirildibackend

“Sədərək” və “Binə”də xüsusi əməliyyat keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim Yol-a əməliyyatın səbələri ilə bağlı əlavə məlumat daxil olub. Qeyd edə ki, reydlər həm “Sədərək”, həm də “Binə” ticarət mərkəzlərində keçirilib. Aldığımız məlumata görə, bu şirkətlər xaricdən yükləri öz adlarına rəsmilışdiriblər. Ancaq ölkəyə giriş məlumatları ilə anbarlardakı real mal həcmləri arasında uyğunsuzluq olduğu güman edilir.

Bu gün Vergilər Nazirliyinin vergi ödəyicilərinə ciddi xəbərdarlıq etməsi ilə bu əməliyyat arasında əlaqə olduğu istisna deyil. Çünki ölkəyə malların giriş məlumatları ilə anbar məlumatları arasında uyğunsuzluq iri həcmlərdə vergidən yayınmalar deməkdir. Reydlərin nəticələri ilə bağlı əlavə məlumat verəcəyik.

İnterpress.az