Smartfonlar Alsheymer yaradır – ARAŞDIRMAbackend

Smartfonlar Alsheymer yaradır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən məlumatına görə, tibb sahəsindəki mütəxəssislər iddia edirlər ki, mobil cihazlar zaman-zaman Alsheymer xəstəliyi riskini artırır.

Londonun Kral Kollecinin alimləri, həmçinin onların Kardiff Universitetindən olan həmkarları belə bir nəticəyə gəliblər ki, smartfonlar Alsheymer xəstəliyinin inkişafı riskini 20 faiz artırmağa qadirdir. Məhz müasir texnologiyalar insanların yaddaşının ciddi şəkildə pisləşməsinə təsir edir.

Təcrübəli araşdırmaçılar bu xəstəliyin səbəblərini axtarmağa davam edirlər. Ancaq bu an üçün alimlər onu bilirlər ki, onun inkişafına bir çox faktorlar səbəb olur. Onların arasında zədələnmiş zülallar, genetika, neyronların enerji qıtlığı, neyron alışması və ürək-damar xəstəlikləri mövcuddur.

İnterpress.az