Qızının sevgilisini çəkiclə əzən kişi həbs edildibackend

Qızının sevgilisini çəkiclə əzən kişi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə qızını sevgilisi ilə yataqda tutan ata oğlanı çəkiclə döyüb.

Mançester şəhərində yaşayan Hindistan əsilli iş adamı səhər saatlarında qızının otağından səs gəldiyini eşidir. Qızının otağına daxil olan ata gənc qızı sevgilisi ilə tutur. Bu mənzərədən hiddətlənən ata əsəbiləşir və çəkic ilə oğlanı vurmağa başlayır. Gənc qaçmağa cəhd etsə də, küçədə belə oğlanın arxasınca qaçan kişi onu vurmaqda davam edir.

Daha sonra evə dönən ata qızını döyərək xəstəxanalıq edib. Atasından qorxan qız, evdən qaçaraq polisə müraciət edib. O, polis nəzarətinə alınıb. Ataya 14 ay müddətinə həbs cəzası verilib.

Maraqlıdır ki, qısqanc ata özü 1995-ci ildə bir qız tələbəyə təcavüz etdiyi üçün 6 illik həbs cəzası alıbmış. (sputnik.az)

İnterpress.az