Trampdan yeni – REKORDbackend

Trampdan yeni – REKORD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Boise Universitetinin apardığı araşdırmanın nəticələrində qeyd olunur.

45-ci prezident bu anti-rekorda ABŞ-ın 15-ci lideri, vəzifədən getməsindən sonra 1861-1865-ci illərdə vətəndaş müharibəsinin başladığı Ceymz Byukeneni və 4 mart 1841-ci ildə hakimiyyətə gəlmiş və 30 gündən sonra vəfat etmiş doqquzuncu ABŞ prezidenti Uilyam Henri Harrisonu üstələyib.

Qeyd edək ki, amerikalılar arasında ən yüksək nüfuza malik olan prezidentlər Abraham Linkoln, Corc Vaşinqton və Franklin Delano Ruzvelt hesab olunur. ABŞ-ın sabiq lideri Barak Obama reytinq cədvəlində səkkizinci yerdə qərarlaşıb.

Maraqlıdır ki, 18 dekabr 2017-ci ildə Trampın həyat yoldaşı Melanianın ərindən daha populyar olduğu ortaya çıxıb.

Sentyabr ayında Trampın reytinqi son 71 ildə rekord aşağı səviyyəyə düşüb. İctimai sorğularda respondentlərin 66 faizi prezidentin ölkəyə xeyirdən çox ziyan gətirdiyini hesab edib. (oxu.az)

İnterpress.az