Trampın Çin səfərində qalmaqal yaşandı – “Çamadan məsələsi” – VİDEObackend

Trampın Çin səfərində qalmaqal yaşandı – “Çamadan məsələsi” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Çinin paytaxtı Pekində olarkən ABŞ və Çinin xüsusi xidmət strukturlarının əməkdaşları ABŞ prezidentinin \”nüvə çamadan\”ı uğrunda dartışıblar.

İnsident ötən ilin noyabrın 9-da yaşanıb. ABŞ prezidenti Donald Tramp təntənəli mərasimdən sonra Çin lideri ilə danışıqlar zalına keçəndə \”nüvə çamadanı\”nı daşıyan amerikalı zabit də onun arxasınca gedib. Bu zabiti ABŞ prezidentini bütün səfərlərində müşayiət edir. Birləşmiş Ştatların nümayəndə heyətinin üzvləri Ağ Evin aparat rəhbəri Con Kelini çağırıblar, o da zala \”Biz gəlirik!\” deyərək daxil olub.

Çinin xüsusi xidmət strukturunun zabiti Kelli tutub saxlayıb. Kelli onu itələyib. ABŞ Gizli Xidmətinin agenti çinli zabiti tutaraq yerə yıxıb.

Axios məlumat verir ki, dartışmada Çin xüsusi xidmət strukturlarının əməkdaşları \”nüvə çamadanı\”na toxuna bilməyiblər. (milli.az)

İnterpress.az