Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 il ötürbackend

Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1988 – ci ilin bu günü Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq \”Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında\” qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub. DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi. Bu hadisə Qarabağ münaqişəsinin rəsmi tarixinin başlanğıcı hesab olunur.

Bu münaqişə sonrakı illərdə müharibəyə çevrilərək Azərbaycan torpaqlarının 20%-nin işğalına, erməni silahlılarının Azərbycanın mülki əhalisinə qarşı törətdiyi soyqırımı və qətliamlara gətirib çıxardı.

İnterpress.az