Qəddafi Timoşenkoya 4 milyonu niyə göndərib?backend

Qəddafi Timoşenkoya 4 milyonu niyə göndərib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu iddia “Əş Şark əl Avsat” qəzeti çıxış edib. Qəzet Qəddafinin xüsusilə 2010-cu ildə Ukraynadakı seçkiyə müdaxilə etdiyini və Yuliya Timoşenkoya dəstək verdiyini bildirib. Mərhum lider Timoşenkonun seçki kampaniyası üçün 4 milyon avro ayırıb.

Qəzetə danışan və adının çəkilməsini istəməyən Qəddafinin oğlu Saqfa İslamın köməkçilərindən biri pulun onlara Liviya baş naziri tərəfindən verildiyini söyləyib:

“Pullar həkim Bağdadi əl Mahmudi tərəfindən sifariş edilmişdi. O, həmin dövrdə Liviyanın baş naziri idi. Pullar çantaya 500 avroluq əsginaslar formasında toplanmışdı. Özəl təyyarədə Ukraynaya yola düşdük və bizi Kiyev hava limanında qarşıladılar. Gecəni orada keçirib, geri döndük. Pulları o zamankı baş nazirin müavini aldı”.

Qəzet Qəddafinin 2004-cü ildə ABŞ-dakı seçkiyə müdaxilə etdiyini bildirib. Belə ki, Qəddafi bunun üçün 5 milyon dollar xərcləyib. Eks-lider həmçinin Fransada Nikola Sarkozinin dəstəklənməsinə 50 milyon avro sərf edib.

Qeyd edək ki, Qəddafi Liviyada 2011-ci ilin oktyabrında ölkədə baş tutan çevriliş nəticəsində qətlə yetirilib. (axar.az)

İnterpress.az