Xəstəxanadan ölüm ayağında olan xəstə ilə bağlı açıqlama – “Ərinin başı o qədər işləyir”backend

Xəstəxanadan ölüm ayağında olan xəstə ilə bağlı açıqlama – “Ərinin başı o qədər işləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, xəstəxananın müalicə işi üzrə baş həkiminin müavini Əbülfət Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, hazırda Vlənaz Hüseynova xəstəxananın ginekologiya şöbəsində stasionar müalicə alır:

“Qadınların 30-40%-də kista var. Bütün kistası olanlar elə həmin anda əməliyyat olunur? Əməliyyat üçün göstəriş olmalıdır. Xəstənin heç bir narahatçılğı və kistanın simptomu yoxdur. Onu əməliyyat etməyə ehtiyac var? Xəstənin ərinin başı o qədər işləyir”.

Əbülfət Məmmədov xəstənin həyat yoldaşının mətbuata şikayət ərizəsi göndərməsinə də münasibət bildirib:

“Birincisi, Səhiyyə Nazirliyi var, əgər Lənkəranda məsələ həll olunmursa, hər hansı narazılıq varsa ora müraciət etsin. Biz burada nə üçün oturmuşuq? Gəlsin hansı həkimdən narazıdırsa, hər hansı iradını bizə bildirsin. Desin ki, filan həkim məndən əməliyyat üçün bu qədər pul istəyir. Bunlar yoxdur, odur ki, hansı quruma istəyirsə şikayət etsin, qapı açıqdır”.

Qeyd edək ki, Lənkəranda dörd uşaq anası ölüm ayağındadır. \”Ölkə.az\”-ın məlumatına görə, Lənkəran Mərkəzi Xəstəxanasının həkimləri Hüseynova Vlənazın əməliyyat olunması üçün ondan 500 manat rüşvət istəyir. Lənkəran rayonu Günəhir kənd sakini Elbəy Hüseynov həyat yoldaşının can verdiyini və heç bir həkimin onu öhdəsinə götürmədiyini deyib.

İnterpress.az