Formula-1 Qran-Prisi günlərində pilotlar azarkeşləri gəzdirəcəklərbackend

Formula-1 Qran-Prisi günlərində pilotlar azarkeşləri gəzdirəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “F1News.ru” saytına istinadla xəbər verir ki, Qran-Pri çərçivəsində nümunəvi çıxışlar on trasda təşkil olunacaq. Onlardan birincisi Bəhreyndə olacaq, digərləri isə sonra elan ediləcək. Artıq azarkeşləri gəzdirəcək avtomobillər – “McLaren 720S” və “Aston Martin Vantage” də məlumdur. Sürücülərə gəlincə, onlar Fernando Alonso, Stoffel Vandorn, Mika Hakkinen, Lando Norris, Daniel Rikkardo və Maks Ferstappen kimi məşhur pilotlardır. Təşkilatçılar gələcəkdə digər avtomobil istehsalçılarının və sürücülərin də bu proqrama qoşulacaqlarını vəd edirlər.

Formula-1-in kommersiya direktoru Şon Bratçes deyib: “Pirelli Hot Laps” proqramı azarkeşlərə yarış trasında avtomobil sürmək təcrübəsi əldə etməyə imkan verəcək. Yarış iştirakçısı ilə birlikdə əfsanəvi traslardan birində arzularının avtomobilində yüksək sürətlə getmək unikal bir şansdır.

Biz azarkeşlərin marağının hər şeydən öndə olmasına can atırıq və bu proqram həmin istiqamətdəki işimizin daha bir nümunəsidir. Bu, həmçinin bizim Pirelli və Formula-1 komandaları kimi tərəfdaşlarımıza kömək göstərmək imkanlarımızı nümayiş etdirir”.

İnterpress.az
Toğrul Allahverdiyev