Banqkok məhkəməsi yaponiyalı kişini tailandlı surroqat analardan olan 13 uşağın atası tanıyıbbackend

Banqkok məhkəməsi yaponiyalı kişini tailandlı surroqat analardan olan 13 uşağın atası tanıyıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmənin qərarı 28 yaşlı Mitsutoki Shigeta-ya uşaqlara valideyn qayğısı göstərmək hüququ verir.

Varlı biznesmenin oğlu olan həmin kişinin 2014-cü ildə Tailanddakı surroqat analardan 16 uşaq atasının olduğu məlum olub.

\”Uşaq fabriki\” adı verilmiş bu qalmaqaldan sonra Tailand xarici vətəndaşlar üçün kommersiya əsasında surroqat ana xidmətinin göstərilməsinə qadağan qoyub.

Surroqat analara valideynlik hüququ verməyən məhkəmə Mitsutoki Shigeta-nın \”tənha valideyn\” statusunu tanıyıb.

2014-cü ildə onun Tailandda 16 surroqat uşağın atası olması üzə məlum olduqdan sonra Interpol Mitsutoki Shigeta-nı insan trafikinqi ilə əlaqədar yoxlamadan keçirib.

BBC-nin Cənub-Şərqi Asiya müxbiri Jonathan Headqeyd edir ki, Mitsutoki Shigeta-nın vəkili bildirib ki, onun müştərisi sadəcə böyük ailə başçısı olmaq istəyir və zəngin yaponiyalı biznesmenin oğlu olduğu üçün ailəsini tələb olunan səviyyədə saxlamaq imkanındadır.

Banqkok məhkəməsi bu izahatı qəbul edib.

Qalan 3 uşaq üzərində atalıq hüququ Mitsutoki Shigeta-ya məhkəmə tərəfindən 2015-ci ildə verilmişdi. (bbc)

İnterpress.az