İlham Əliyev əhalinin 100 milyonluq borcunu silirbackend

İlham Əliyev əhalinin 100 milyonluq borcunu silir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə keçirilən iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, bunun da 282.6 milyonu əsas məbləğ təşkil edir, 81.8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir: “Hesabat məlumatlarına istinad etsək, deyə bilərik ki, 1 yanvar 2006-cı ilə qədər məcburi dövlət sosial sığorta haqları üzrə 200 milyon manata yaxın borc olub. Bu borcların 50 faizi ödənilib. 2018-ci il 1 yanvar tarixinə qədər 100.2 milyon manat əsas borc qalıb. Bu o deməkdir ki, qanun layihəsi qəbul edildikdə 1 yanvar 2006-cı ilə qədər yaranan və 1 aprel 2018-ci ilə qədər ödənilməyən 100 milyon manat vəsaiti silmək imkanımız olacaq. Yəni bu vəsait sığortaedənlərimizdən tələb olunmayacaq. Bu vəsaitləri onsuz da ümidsiz borclar siyahısına aid etmişdik”.

Qeyd edək ki, qanun layihəsi parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

İnterpress.az