Ziyafət Əsgərov MDB PA müşahidə qrupunun əlaqələndiricisi təyin olundubackend

Ziyafət Əsgərov MDB PA müşahidə qrupunun əlaqələndiricisi təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov Rusiya Mərkəzi seçki Komissiyasının sədri Ella Panfilova ilə baş tutan görüşdən sonra keçirdiyi brifinqdə bildirib.

\”Bizim ekspert qrupumuz Rusiya konstitusiyasına uyğun olaraq sənəd hazırlayacaq. Sənədin layihəsi artıq hazırdır. Ekspertlərimiz layihəni Rusiya konstitusiyasına və seçkilər haqqında qanuna müvafiq şəkildə hazırlayıb. Sənədin üzərində Rusiya və MDB ölkələrindən mütəxəssislər işləyib\”, – deyə Z.Əsgərov qeyd edib.

Azərbaycan parlamentinin sədr müavini MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun müşahidənin iki formasından (uzunmüddətli və qısamüddətli) istifadə etdiklərini söyləyib: \”Uzunmüddətli missiya artıq fəaliyyətə başlayıb. Uzunmüddətli missiyada 19 müşahidəçi, qısamüddətli missiyada isə 40-a yaxın müşahidəçi olacaq. Müşahidəçilərimiz Rusiyanın müxtəlif regionlarında işləyirlər. Qısamüddətli missiya isə seçkilər günü Rusiyanın müxtəlif şəhər və rayonlarında müşahidələr aparacaq. Vəzifəmiz ondan ibarətdir ki, Rusiyada prezident seçkiləri şəffaf, ölkə konstitusiyasına tam uyğun şəkildə keçirilsin. Bütün MDB ölkələri seçkini izləmək üçün Rusiya Dövlət Dumasının dəvətini alıblar. Ümid edirik ki, onlar hamısı müşahidə missiyasında iştirak edəcəklər\”.

İnterpress.az