Polis şöbəsində intihar cəhdi: Benzin töküb özünü yandırdıbackend

Polis şöbəsində intihar cəhdi: Benzin töküb özünü yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az cebhe.info-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Axundov Natiq Hacıağa oğlu Xocavənd rayon polis şöbəsində üzərinə benzin tökərək özünü yandırıb.

Ətrafdakı insanların köməyi ilə yanan şəxs söndürülüb xəstəxanaya aparılsa da, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

Sakinlərin verdiyi məlumata görə, Natiq Axundov şöbəyə cinayət axtarış bölməsinin rəisi Əliyev Rövşən tərəfindən çağırdığını və onunla mübahisədən sonra özünü benzin tökərək yandırdığını bildiriblər.

Bundan başqa intihar edən şəxsin qardaşı Bəxtiyar Axundov Cebhe.info-ya bildirib ki, qardaşının dəfələrlə həmin bölmə rəisi və onun qardaşı oğlu, polis serjantı Rafiq Əliyev tərəfindən hədə-qorxu, santaj təhdidi edilib.

Qeyd edək ki, Natiq Axundov 3 gün əvvəl də damarını kəsərək intihara cəhd edib.

İnterpress.az