Lənkəran sakini həyətində yenot tapdı – VİDEObackend

Lənkəran sakini həyətində yenot tapdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ARB TV-yə istinadən xəbər verir ki, Tarverdi Məmmədov bildirib ki, itləri hürdüyü üçün həyətə düşüb və bu heyvanı görüb:

“Axşam saat 2-3 radələrində düşdüm həyətə. İtlər hürürdü, gördüm qeyri-adi bir heyvan var. İt bunu sıxışdırdı bir yerə, mən də tutdum quyruğundan, birtəhər atdım çəlləyə. Səhər gördüm belə bir heyvandır”.

Vətəni Amerika sayılan yenot barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilib.

Qeyd edək ki, su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevən yenotlar gündüzlər yatır, gecələr isə yem axtarmağa çıxırlar. Yenotlar su yollarının, göllərin və bataqlıqların ətrafında yaşayır, su içməyə gələn heyvanları ovlayırlar. Eyni zamanda quş, yumurta, böcək və sürünənlərlə də qidalanırlar.

İnterpress.az