Sumqayıtda faciə: Binanın lifti qırıldı, 3 nəfər yerə düşdübackend

Sumqayıtda faciə: Binanın lifti qırıldı, 3 nəfər yerə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”Report\”a istinadən məlumatına görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb
Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində liftdə olan 3 nəfər — 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az