Maral Tahirqızının ailəsində FACİƏ: bacısı həkim səhlənkarlığının qurbanı oldu – FOTObackend

Maral Tahirqızının ailəsində FACİƏ: bacısı həkim səhlənkarlığının qurbanı oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Sonxeber.az saytına ifaçı özü məlumat verib. Onun sözlərinə görə, bacısı Leyla xanım həkim səriştəsizliyi nəticəsində komaya düşüb:

\”Bacım Leyla Gülməmmədova revmatizmdən əziyyət çəkirdi, oynaqlarında şiddətli ağrılar olurdu. Bakının məşhur klinikalarından birinə apardıq, müalicə almağa başladı. Amma təəssüf ki, xəstəxanada o qədər iynə-dərman elədilər ki, ayağı inkişafdan qaldı. Bacım həkim səhlənkarlığının qurbanı oldu. Qəfil halı pisləşdi və reanimasiya şöbəsinə yerləşdirdik. Bizə xəstəxanadan dedilər ki, o sağalacaq. Reanimasiyada yatanda ağzından da su gəlirdi. Həkim onun dişini çəkdiyini bizdən gizlətmişdi. Komada yatan adamın dişini çəkərlər? 13 gün reanimasiyada yatdı və dünyasını dəyişdi\”.

Maral Tahirqızının ailəsində FACİƏ: bacısı həkim səhlənkarlığının qurbanı oldu - FOTO

İnterpress.az